Batumidə binanın çökməsi nəticəsində ölənlərin sayı 4-ə çatdı - FOTO
09 oktyabr 2021 07:02 (UTC +04:00)

Batumidə binanın çökməsi nəticəsində ölənlərin sayı 4-ə çatdı - FOTO

0

Gürcüstanın Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində həlak olanların sayı 4-ə çatıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, gecə boyunca davam edən axtarış-xilasetmə işləri nəticəsində dağıntıların altından daha üç nəfərin meyiti çıxarılıb.

Onlardan ikisinin kişi, birinin isə uşaq olduğu bildirilir. Binanın qalıqları altından yaralı çıxarılaraq xəstəxanaya yerləşdirilən daha bir nəfərin isə ağır vəziyyətdə olduğu deyilir.

Gürcüstan DİN axtarış-xilasetmə işlərinin 300 xilasedicinin iştirakı ilə intensiv qaydada davam etdirildiyini açıqlayıb.

Gürcüstan Prezidenti Salome Zurabişvli hadisə zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, xilasedicilərə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1279

Oxşar yazılar