Baş nazirin pişiyi jurnalistlərin gözü qarşısında göyərçin tutdu
25 dekabr 2020 08:12 (UTC +04:00)

Baş nazirin pişiyi jurnalistlərin gözü qarşısında göyərçin tutdu

Britaniyanın baş nazirinin Dauninq-stritdəki iqamətgahında məskunlaşan Larri adlı pişik jurnalistlərin gözü qarşısında göyərçini tutub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Larri iqamətgahın siçan ovçusu kimi tanınır.

Maraqlı hadisə jurnalistlər “Brexit” üzrə ticarət müqaviləsi ilə bağlı rəsmi şəxslərdən açıqlama gözlədiyi zaman yaşanıb. Larri yem tapmaq üçün yerə qonan göyərçinin üstünə atılaraq onu tutub. Ancaq xoşbəxtlikdən göyərçin pişiyin pəncəsindən çıxaraq uçmağı bacarıb.

# 1494
avatar

Oxşar yazılar