Barışmaq üçün keçmiş sevgilisinin evinə getdi, iki  güllə ilə öldürdü
13 oktyabr 2022 23:54 (UTC +04:00)

Barışmaq üçün keçmiş sevgilisinin evinə getdi, iki güllə ilə öldürdü

 

Türkiyənin Adana şəhərində oğlan keçmiş sevgilisini güllələyib.

Lent.az “Haber Türk”ə istinadən xəbər verir ki, Burak A. bir müddət əvvəl ayrıldığı keçmiş sevgilisi Bahar Torun ilə barışmaq üçün onun evinə gedib.

Barışıq təklifinə yox cavab verən qız keçmiş sevgilisi tərəfindən tapançadan açılan atəş nəticəsində iki güllə yarası alıb.

Çiynindən və belindən yaralanan Bahar xəstəxanada dünyasını dəyişib. 

Hadisədən sonra qaçan Burak A.-nın tutulması üçün işlərə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2499
avatar

Oxşar yazılar