Angela Merkel və Rəcəb Tayyib Ərdoğan
16 oktyabr 2021 19:35 (UTC +04:00)

Angela Merkel və Rəcəb Tayyib Ərdoğan

"Baba, nə edə bilərsən - həyat belədir": Merkel və Ərdoğan arasında vida söhbəti - VİDEO

0

Almaniya kansleri Angela Merkel Türkiyəyə son rəsmi səfərini edib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Merkel Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ürəkdən söhbət edib. 

Mətbuat konfransında hətta məzəli bir dialoqla özlərini və jurnalistləri əyləndiriblər.

Ərdoğan: “Sizinlə işləmək xoş idi, amma koalisiya hökumətinizlə çətin idi”.

Merkel: "Bəlkə də, amma koalisiya hökuməti Almaniyaya uyğundur və biz prezident sisteminə keçmək fikrində deyilik".

Ərdoğan: "Ancaq danışıqlar əsnasında hökumətlə yaşadığınız çətinliklərdən mənə şikayət etmişdiniz".

Merkel: "Düzdür, amma həyat belədir".

Ərdoğan: "Nəvəm də deyir: “Baba, sən nə edə bilərsən - bu həyatdır”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2342

Oxşar yazılar