Rusiyada Azərbaycan və Tacikistan vətəndaşlarını öz evinə qeydiyyata salan qadın cərimələnib.
Lent.az yerli mediaya istinadla bildirir ki, Yamal-Nenets Muxtar Dairəsinin Labitnanqi şəhərində 54 yaşlı qadın pul müqabilində Azərbaycan və Tacikistan vətəndaşlarını öz evinə qanunsuz qeydiyyata salıb. Məlumata görə, həmin şəxslər isə qeydiyyata düşdükləri evdə yaşamayıblar.
Hüquq-mühafizə orqanları hadisənə xəbər tutub və qadın qanunsuz qeydiyyata salmaqda təqsirləndirilib. Məhkəmənin hökmü ilə o, 30 min rubl (təxminən 729 manat) məbləğində cərimələnib.