Avropanın 8 ölkəsində mutasiya edən yeni koronavirus aşkarlandı
26 dekabr 2020 06:10 (UTC +04:00)

Avropanın 8 ölkəsində mutasiya edən yeni koronavirus aşkarlandı

Avropanın 8 ölkəsində koronavirusun Britaniyada yayılan mutasiya etmiş yeni variantı (SARS-CoV-2) aşkarlanıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional Bürosunun rəhbəri Hans Klyuqe “Twitter” səhifəsində yazıb.

O, mövcud qoruyucu tədbirləri gücləndirməyin vacibliyini qeyd edib.

ÜST rəsmisi insanları kütləvi şəkildə toplaşmamağa, maska taxmağa və məhdudlaşdırıcı tədbirlərə riayət etməyə çağırıb: “Koronavirusin yeni variantı çox güman ki, gənc yaş qrupları arasında yayılır. Yeni variantın öyrənilməsi davam edir. Son dərəcə sayıq olmalıyıq”.

# 1530
avatar

Oxşar yazılar