Avropada koronavirusun  YENİ DALĞASI
16 oktyabr 2022 10:31 (UTC +04:00)

Avropada koronavirusun YENİ DALĞASI

0

Avropada bir sıra yeni problemlərə səbəb olan koronavirus xəstəliyinin yeni dalğası başlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Böyük Britaniyada sentyabr ayında yoluxma sayı artmağa başlayıb. Milli Statistika Xidmətinin məlumatına görə, İngiltərədə sentyabrın 17-dək olan həftə ərzində 857,4 min nəfər xəstələnib.

Bir həftə əvvəl 766,5 min xəstə olub. Uelsdə də xəstələnmə halları artıb. Ölkənin cənub-qərbində insanlar daha tez-tez həkimə müraciət etməyə başlayıblar: sentyabrın ortalarından etibarən bu göstərici 250 faiz artıb. Oxşar dinamika bir sıra digər Avropa ölkələrində də müşahidə olunur .

Xəstəliyin artması bir neçə səbəblə bağlıdır. Hava soyuq olduğu üçün insanlar daha asan yoluxula biləcək otaqlarda olurlar. Məktəblərdə və universitetlərdə dərs ili başlayıb. Peyvənd və ya xəstəlikdən sonra immunitet tədricən zəifləyir. İnsanlar nadir hallarda maska taxır, məhdudiyyətlər qaldırılıb.

BA.5 “Omicron” variantı koronavirusun üstünlük təşkil edən variantı olaraq qalır, lakin bir neçə yeni mutasiya bir anda narahatlıq doğurur: laboratoriya təcrübələri göstərir ki, yeni “Omicron” növləri immun sisteminin ilk müdafiə xəttini öz sələflərindən daha yaxşı keçir.

Ümumdünya Səhiyyə Təşkilatından Mariya van Kerkhouv hesab edir ki, koronavirusun bütün dünyada yayılması və dəyişməsi eyni sayıqlıq olmadan izlənilir və bu narahatlıq doğurur. Virus inkişaf edir və geniş yayılır. Xəstəliyin yeni dalğalarının olacağı şübhəsizdir.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2172

Oxşar yazılar