Hökumət böhranlarının tüğyan etdiyi və hökumətin mənzil problemini həll etmək üçün ciddi addımlar atmadığına görə tənqid edildiyi Fransada evsizlərin sayı ötən illə müqayisədə 20 min nəfər artaraq 350 minə çatıb.
Lent.az xəbər verir ki, bu barədə "Kasıblar üçün Mənzil Fondu" kimi tanınan qurumun 2025-ci il üçün hazırladığı hesabatda öz əksini tapıb.
Hesabatda bildirilir ki, durğun mənzil tikintisi, yüksək kirayə haqları və yoxsulların mənzil problemlərinin həlli üçün əhəmiyyətli tədbirlərin görülməməsi ölkədə evsizlərin sayının artmasına səbəb olub.
Hesabatda qeyd olunub ki, Fransada 2,7 milyon insan sosial mənzil növbəsindədir, lakin 2023-cü ildə yalnız 393 min nəfərə sosial ev ayrılıb.
Hesabatda bu günə qədər mənzil probleminin həlli istiqamətində ciddi addımların atılmadığı vurğulanıb və hökumətin davam edən böhranları səbəbindən siyasi iradənin olmamasının bu problemi daha da dərinləşdirə biləcəyi vurğulanıb.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu (UNICEF) Fransanın dərc etdiyi məlumatlara görə, bu il evsiz uşaqların sayı əvvəlki ilə nisbətən 6 faiz artaraq 2159-a çatıb.
Məlumatda həmçinin qeyd olunur ki, kimsəsiz uşaqların təxminən dörddə biri üç yaşınadək uşaqlardır.