Antropoloqlar Avropada ilk qətl qurbanını tapıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın Bordo Universitetinin antropoloqları Avropa tarixində müasir insan növünün qətlinin ilk qurbanı olan insan tapıblar.
Alimlərin fikrincə, Avropada ilk qətl hadisəsi Fransanın cənub-qərbində yerləşən ən qədim insan sığınacağında - Cro-Magnon mağarasında baş verib.
Belə ki, elm adamları keçən əsrdə mağarada dörd insanın qalıqlarını ehtiva edən mağara tapıblar. Sümüklər arasında antropoloqlar ön hissəsində şübhəli qüsuru olan kəllə sümüyü tapıblar. Araşdırmalardan sonra məlum olub ki, həmin insan başından daşla zərbə alaraq ölüb.