Arxadan gəlib polisi güllələdi - ABŞ-da ATIŞMA
16 oktyabr 2021 20:58 (UTC +04:00)

Arxadan gəlib polisi güllələdi - ABŞ-da ATIŞMA

0

ABŞ-ın Texas ştatında cinayətkarlarla polis arasında silahlı insident baş verib.

APA “CNN” telekanalına istinadən xəbər verir ki, hadisə ştatın Hyuston şəhərində qeydə alınıb.

Atışma nəticəsində 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb.

Şəhər polis idarəsi rəisinin köməkçisi Ceyms Consun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları, yəqin ki, barlardan birinin yaxınlığında küçə soyğunçularını həbs etmək istəyib: “Polislər şübhəli şəxsi tutmağa və ya saxlamağa çalışıblar. Bu zaman digər şəxs polisə arxadan yaxınlaşaraq silahdan bir neçə atəş açıb”.

Yaralılar xəstəxanaya yerləşdirilib. Silahlı şəxsin axtarışları davam edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1396

Oxşar yazılar