Arvadına mesaj yazan kişini elə günə saldı ki...
13 sentyabr 2022 19:45 (UTC +04:00)

Arvadına mesaj yazan kişini elə günə saldı ki...

Türkiyənin İstanbul şəhərində bir kişi on nəfərlik qrup tərəfindən döyülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə şəhərin Esenyurt adlanan ərazisində baş verib.

Belə ki, ər arvadının telefonuna tanımadığı kişi tərəfindən mesaj atıldığını öyrənib. Daha sonra arvadının telefonu ilə həmin kişini görüşə çağırıb.

Ər görüşə digər qohumlar ilə daha tez çağırıb. Onlar gözlədikləri şəxsin kafenin önünə yaxınlaşdıqlarını görüblər. Dərhal küçəyə çıxaraq, kafenin önündəcə onu o ki var döyüblər. Bir nəfər isə hadisə anını telefonla çəkərək, “Namus məsələsidir, kimsə qarışmasın” deyib.

Qohumlar qadına mesaj yazan həmin kişini xeyli döydükdən sonra buraxıblar. O da sürətlə hadisə yerindən qaçıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3213
avatar

Oxşar yazılar