Argentinalı azerkeş milli komandanın futbol üzrə dünya çempionatındakı qələbəsini qeyd edərkən dünyasını dəyişib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, faciə dekabrın 18-də Argentinanın Bahia Blanca şəhərində baş verib. 22 yaşlı azerkeş Yuliya Lav motosiklet sürərkən çiynindən asılmış bayraq qəfil təkərə dolaşıb. O, idarəetməni itirərək yola yıxılıb və boğularaq ölüb.
Hadisədən bir neçə saat əvvəl Yuliya Lav kanalların birinə müsahibə verərək çox xoşbəxt olduğunu bildirib.