Türkiyənin Antalya bölgəsindəki yanğınlar tamamilə söndürülüb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu mətbuat konfransındakı açıqlamasında bildirib.
Nazir, yanğından zərər çəkənlərin hər birinə lazımi köməyin olacağını və ziyan dəymiş evlərinin bərpasına tezliklə başlanacağını da qeyd edib.
Sevinc Fərid