Rusiyanın İrkutsk vilayətində oğul anasını öldürüb.
Lent.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Cinayət dekabrın 6-da Yeni Prireçye kəndində baş verib.
Daxili İşlər Nazirliyinin İrkutsk üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər verir ki, kişi qəfildən anasına qarşı nifrət hiss edib, 75 yaşlı qadını çarpayıdan atıb və onu döyməyə başlayıb.
Şübhəli qısa müddət sonra həbs edilib. O, “İnsan ölümünə səbəb olan sağlamlığa ağır zərər vurma” maddəsi ilə ittiham olunub.