Ana ölmüş oğlunun ürək döyüntülərini  eşitdi
25 may 2022 04:54 (UTC +04:00)

Ana ölmüş oğlunun ürək döyüntülərini eşitdi

Bu şokedici hadisə ABŞ-ın Luiziana ştatında baş verib.

Lent.az-ın xəbərinə görə, 25 yaşlı gənci avtomobil vurub. O, xəstəxanaya çatdırılarkən yolda keçinib. Valideynləri onun orqanlarının bağışlanmasına qərar veriblər. Ananın prinsipi bu olub: oğlum yaşamadı, qoy başqasının yaşamasına kömək olsun.

Buna görə də gəncin ürəyi götürülərək başqa şəxsə - 14 yaşlı yeniyetməyə transplantasiya olunub. Bu günlərdə əməliyyat keçirilən şəxsin və donorun şəxsiyyəti açıqlanıb. əməliyyat keçirmiş şəxs mərhumun valideyləri gilə gələrək ailə ilə tanış olub.   

Uşağın anası bu zaman stetoskopla artıq həyatda olmayan oğlunun ürək döyüntülərini dinləyib. 

# 2631
avatar

Oxşar yazılar