Amerikada rekord sayda  işçi ixtisar edildi
06 fevral 2026 04:25 (UTC +04:00)

Amerikada rekord sayda işçi ixtisar edildi

0

ABŞ şirkətləri 2026-cı ilin yanvar ayında 108 mindən çox əməkdaşı işdən çıxarıb.

Lent.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu göstərici 2009-cu ildən bəri ən yüksək səviyyədir. 

İxtisarlarla bağlı planların əksəriyyəti hələ 2025-ci ilin sonuna qədər hazırlanıb.

Qeyd olunur ki, işdən çıxarmaların sayı ötən ilin yanvarı ilə müqayisədə 118 faiz artıb.

Kütləvi ixtisarların əsas səbəbləri kimi ölkədəki iqtisadi vəziyyət, şirkətlərin müqavilələri itirməsi və ABŞ-ın iri korporasiyalarında aparılan restrukturizasiya göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar