Bernard Tapi
03 oktyabr 2021 22:54 (UTC +04:00)

Bernard Tapi

“Adidas”ın keçmiş sahibi ən aqressiv xərçəngdən öldü

0

Fransız sahibkar, siyasətçi və “Adidas”ın keçmiş sahibi Bernard Tapi ömrünün 79-cu ilində vəfat edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Tapinin ölüm səbəbi, son dörd ildir mübarizə apardığı mədə xərçənginin ən aqressiv növlərindən biridir. 

Tapi 1986-1994-cü illərdə “Olimpik Marsel” klubunun prezidenti olub. O, 1992-ci ildə Pyer Bereqovuanın hökumətində şəhərlərlə iş üzrə nazir işləyib.

1990-ci ildən 1993-cü ilədək “Addas” şirkəti onun rəhbərliyi altında fəaliyyət göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2393

Oxşar yazılar