ABŞ Qəzzanın bərpası üçün 112 milyard dollarlıq plan  hazırladı
20 dekabr 2025 04:51 (UTC +04:00)

ABŞ Qəzzanın bərpası üçün 112 milyard dollarlıq plan hazırladı

0

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Qəzza sektorunun bərpası ilə bağlı təklif hazırlayıblar.

Lent.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, “Project Sunrise” (“Şəfəq layihəsi”) adlanan təşəbbüs “bombalanmış anklavın müasir və inkişaf etmiş şəhərə çevrilməsini” hədəfləyir. Amerika tərəfinin qiymətləndirməsinə əsasən, layihənin icrası 10 il çəkəcək və 112,1 milyard dollar vəsait tələb edəcək.

Planda Qəzzanın bərpasını hansı ölkə və şirkətlərin maliyyələşdirəcəyi, eləcə də yenidənqurma dövründə 2 milyon fələstinlinin harada yaşayacağı konkret göstərilmir.

WSJ qeyd edir ki, Vaşinqton layihədə əsas oyunçu olmağa hazırdır. 60 milyard dollar həcmində qrantların ayrılmasını dəstəkləmək və bütün işlərin həyata keçirilməsi üçün kreditlərə zəmanət vermək planlaşdırılır. Nəzərdə tutulur ki, 10 ildən sonra Qəzza sektoru bərpa prosesinin növbəti mərhələlərini özü maliyyələşdirə və sonda kreditlərin ödənilməsinə başlaya biləcək.

Məlumata görə, təklif artıq “potensial donorlar, o cümlədən Fars körfəzi ölkələri, Türkiyə və Misir”ə təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar