ABŞ müharibəyə hazırlaşır?  - 70-dən çox "Patriot"u Yaxın Şərqə göndərdi
12 aprel 2025 02:07 (UTC +04:00)

ABŞ müharibəyə hazırlaşır? - 70-dən çox "Patriot"u Yaxın Şərqə göndərdi

ABŞ ordusu Hind-Sakit okean regionunda hava hücumundan müdafiə sistemindəki yerdəyişmə ilə bağlı “Patriot” batalyonunu Yaxın Şərqə köçürüb.

Lent.az xəbər verir ki, bu haqda “Axios” portalı ABŞ ordusundakı mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Yaxın Şərqdə yeni yerləşdirmə planı çərçivəsində C-17 tipli hərbi-nəqliyyat təyyarələri ilə ümumilikdə 73 uçuş həyata keçirilib.

“Patriot” hava hücumundan müdafiə sistemlərinin Hind-Sakit Okean regionundan Yaxın Şərqə niyə köçürülməsi ilə bağlı rəsmi açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 928

Oxşar yazılar