ABŞ-ın silah ixracının illik həcmi azaldı
23 dekabr 2021 05:21 (UTC +04:00)

ABŞ-ın silah ixracının illik həcmi azaldı

ABŞ-ın hökumətlərarası və özəl müqavilələr çərçivəsində silah ixracının həcmi 2021-ci maliyyə ilində 138 milyard dollara düşüb.

Lent.az xəbər verir ki, bu göstərici ABŞ Dövlət Departamentinin yaydığı məlumatda öz əksini tapıb.

Statistik məlumatlara görə, 2021-ci ildə Dövlət Departamentinin silah tədarükü üçün təsdiq etdiyi hökumətlərarası təmasların ümumi məbləği 34,81 milyard dollar, özəl sektorda analoji müqavilələrin məbləği isə 103,4 milyard dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci maliyyə ilində bu rəqəmlər müvafiq olaraq 50,78 milyard dollar və 124,3 milyard dollar olub. Beləliklə, ümumi məbləğ təxminən 175 milyard dollar olub, yəni ixrac həcmlərində təxminən 21% azalma müşahidə olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1236
avatar

Oxşar yazılar