ABŞ-ın bir sıra şəhərlərində fövqəladə vəziyyət  elan olundu
23 fevral 2026 05:32 (UTC +04:00)

ABŞ-ın bir sıra şəhərlərində fövqəladə vəziyyət elan olundu

0

ABŞ-ın Nyu-York, Nyu-Cersi, Konnektikut və Massaçusets bölgələrində fövqəladə vəziyyət elan edilib.

Lent.az xəbər verir ki, bölgəyə təxminən 61 sm qar yağacağı və güclü külək gözlənildiyi üçün vacib olmayan səyahətlərin dayandırılması barədə qərar qəbul edilib.

Bununla bağlı bazar günü günortadan sonraya qədər təxminən 15247 uçuş təxirə salınıb ​​və 3509 uçuş isə ləğv edilib.

Nyu-York meri Zöhran Məmdani bazar günü saat 21:00-dan bazar ertəsi saat 12:00-dək velosiped və skuterlər də daxil olmaqla, şəhər küçələrinin vacib olmayan nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanması və məktəblərdə tətil elan edilməsi ilə bağlı qərar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar