ABŞ-da universitet məzunlarının tədbirində atışma: ölən və yaralananlar var 
18 oktyabr 2021 03:22 (UTC +04:00)

ABŞ-da universitet məzunlarının tədbirində atışma: ölən və yaralananlar var 

0

ABŞ-ın Luiziana ştatında yerləşən Qramblinq Dövlət Universitetində məzunlar gününə həsr olunmuş tədbirdə silahlı insident baş verib.

APA xəbər verir ki, bu barədə “CNN”ə universitetdən bildirilib.

Səhər saatlarında baş verən hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə şəxs yaralanıb.

İlkin məlumatlara görə, ölən şəxs tələbə deyil. 

Həmin gün universitetdə bütün dərslər ləğv edilib, tədbir təxirə salınıb.

Atəş açan şəxsin saxlanıldığı bildirilib, hadisə ilə bağlı araşdırmaya başlanılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1076

Oxşar yazılar