ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarəsinin Kaliforniya ştatının San-Bernardino bölgəsində qəzaya uğrayıb.
Lent.az xəbər verir ki, bu barədə "ABC News"-un yerli bürosu məlumat yayıb.
Hadisə Trona hava limanı yaxınlığında baş verib.
Pilot orta dərəcəli xəsarətlər alıb.
Qəzanın səbəbləri barədə məlumat hələlik açıqlanmayıb.