ABŞ bu şəxslərin başına 10 milyon dollar  qoydu
27 fevral 2026 05:56 (UTC +04:00)

ABŞ bu şəxslərin başına 10 milyon dollar qoydu

0

ABŞ Dövlət Departamenti Meksika Sinaloa narkotik kartelinin liderləri “Qurbağa” ləqəbli Rene Arsate Qarsiya və onun qardaşı “Axilles” ləqəbli Alfonso Arsate Qarsiyanın tutulmasına kömək edəcək məlumat üçün 10 milyon dollar mükafat elan edib.

Lent.az xəbər verir ki, Dövlət Departamentinin məlumatına görə onlar təxminən 15 ildir ki, cinayətkar şəbəkəyə rəhbərlik edərək ABŞ-a fentanil də daxil olmaqla narkotik qaçaqmalçılığına nəzarət ediblər.

2014-cü ildə ABŞ hakimiyyəti qardaşlara qiyabi ittiham irəli sürüb, 2023-cü ildə isə ABŞ Maliyyə Nazirliyi onları narkotik qaçaqmalçılığına görə sanksiya siyahılarına əlavə edib.

Rene Arsate Qarsiya xarici terror təşkilatının fəaliyyətini dəstəkləməkdə, metamfetamin, kokain, fentanil və marixuana qaçaqmalçılığında və çirkli pulların yuyulmasında ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar