“ABŞ-ın İrana qarşı sanksiyalarının bərpası rəsmi Vaşinqtonun məsuliyyətini artırır”
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif söyləyib.
O qeyd edib ki, ABŞ bu addımı ilə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq məsuliyyət daşıyır.