Vəkil 50 nəfəri koronavirusa yoluxdurdu
12 mart 2020 15:32 (UTC +04:00)

Vəkil 50 nəfəri koronavirusa yoluxdurdu

Nyu-York ətrafından olan vəkil 50 adamı koronavirusa yoluxdurub.

Lent.az Lenta.ru-ya istinadla xəbər verir ki, Nyu-Yorkdakı mərkəzi vağzal yaxınlığında işləyən 50 yaşlı kişi şəhərdə koronavirusa yoluxan ilk adam olub. 

Onun başqa bir tənəffüs yolu xəstəliyi var və bu da onu infeksiyaya qarşı daha həssas edir. Vəkildə xəstəlik aşkarlanandan iki gün sonra koronavirus onun ailəsində - oğlu, həyat yoldaşı, qızları, eləcə də onu aparıb-gətirən qonşusunda aşkarlanıb. 

Daha 5 gün sonra isə digər 8 nəfərdə koronavirus tapılıb. Martın 7-də vəkillə yaxınlıqda yaşayan artıq 23 nəfərdə koronavirus olduğu təsdiqlənib. Bir gün sonra 12 nəfər virusa yoluxub. Martın 10-da Nyu-Yorkda ümumilikdə 108 nəfərdə koronavirus aşkarlanıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1844
avatar

Oxşar yazılar