Təyyarənin sükanını sevgilisinə verən pilota cinayət işi qaldırılıb - FOTO
07 noyabr 2019 19:32 (UTC +04:00)

Təyyarənin sükanını sevgilisinə verən pilota cinayət işi qaldırılıb - FOTO

Rusiyanın “Iraero” şirkətinin pilotuna qarşı cinayət işi qaldırılıb.

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, buna səbəb pilotun An-24 təyyarəsinin sükanını öz sevgilisinə verməsi olub. Uçuş vaxtı təyyarənin sükanını sevgilisinə həvalə edən 33 yaşlı pilot barədə araşdırma başlayıb və onun təqsiri sübuta yetirilib. Xatırladaq ki, qız sükanın arxasına keçərkən təyyarə havada olub və içində onlarla sərnişin olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1661

Oxşar yazılar