Türkiyədə məscidlərdə bu şərtlə namaz qılmaq olar - QAYDALAR
23 may 2020 09:40 (UTC +04:00)

Türkiyədə məscidlərdə bu şərtlə namaz qılmaq olar - QAYDALAR

 

Türkiyənin Daxili İşlər Nazirliyi “Məscidlərdə camaatla ibadət edilməsi” haqqında ölkə boyu 81 vilayətin valilərinə sərəncam göndərib.

APA-nın yerli bürosunun xəbərinə görə, yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində yaradılan Elm Qurumu martın 16-dan bağlanan və ya namaz qılınması məhdudlaşdırılan məscidlərin ibadətə açılması ilə əlaqədar qərar verib.

Nazirliyin bununla bağlı verdiyi sərəncamında qeyd olunub ki, 26 mayda açıqlanacaq qaydalar çərçivəsində ibadətlər və cümə namazları camaatla qılına biləcək. Ancaq Elm Qurumunun tövsiyə etdiyi qadağalara görə, camaatla birlikdə yalnız axşam, ikindi və cümə namazları qılınacaq. Diğər zamanlarda tək-tək namaz qılınması üçün məscidlər açıq olacaq.

Küçəyə çıxma məhdudiyyəti və xroniki xəstəliyi olan müsəlmanlara evlərində ibadət tövsiyə olunub.

Sənəddə göstərilib ki, məscidlərdə təmizliyə hər zamankından daha çox riayət edilməsi, ibadət yerlərindəki kondisionerlərin qapalı olmasıq, yalnız pəncərə və qapıların təmiz hava dövriyyəsi üçün açıq tutulması, dəstəmaz və tualet yerlərinin qapalı olması nəzərdə tutulub.

İbadətə gələnlərin hamısı maska geyinəcək, koronavirusla bağlı maarifləndirmə işləri aparılacaq, maarifləndirici afişalar vurulacaq, sosial məsafənin gözlənilməsi mütəmadi olaraq səsləndiriləcək. Sosial məsafə hər ibadətçinin dörd bir tərəfində 1 metr nəzərdə tutulacaq və işarələnəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3523
avatar

Oxşar yazılar