Türkiyədə fabrik partladı: ölənlərin sayı 4-ə çatdı - YENİLƏNİB
03 iyul 2020 16:53 (UTC +04:00)

Türkiyədə fabrik partladı: ölənlərin sayı 4-ə çatdı - YENİLƏNİB

Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə baş verən partlayışda 4 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə hadisə yerində olan Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, partlayış nəticəsində 97 nəfər xəsarət alıb.

***

15:31

Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə baş verən partlayışda 2 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə hadisə yerində olan Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, partlayış nəticəsində 73 nəfər xəsarət alıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Daxili İşlər naziri Süleyman Soylu, Sosial Xidmətlər və Ailə naziri Zəhra Zümrüd Səlcuq da hadisə yerindədirlər.

***

15:11

Sakaryada fişəng istehsal edən fabrikdə baş verən partlayışda xəsarət alanların sayı artıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Sakarya valisi Çetin Oqtay Kaldırım bildirib ki, hadisə nəticəsində xəsarət alanların sayı 56 nəfərə çatıb.

Onun sözlərinə görə, fabrikin anbarında 110 ton partlayıcı maddə var.

Vali deyib ki, partlayışlar davam etməkdədir.

Çetin Oqtay Yıldırım qeyd edib ki, partlayıcı maddələr kimyəvi tərkili olduğundan zəhərli tüstü əraziyə yayılıb və əhaliyə xəbərdarlıq edilib.

***

saat 14:18

Sakaryada fişəng istehsal edən fabrikdə baş verən partlayışda xəsarət alanların sayı artıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Sakarya valisi bildirib ki, hadisə nəticəsində xəsarət alanların sayı 41 nəfərə çatıb.

O, partlayış nəticəsində ölənlərin olmadığını qeyd edib.

Sakarya valisi yaralıların xəstəxanalara yerləşdirildiyini vurğulayıb. 

***

saat 14:02

Sakaryada fişəng istehsal edən fabrikdə baş verən partlayışda 11 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Sakaryanın bələdiyyə sədri məlumat verib.

O bildirib ki, yaralılardan 3 nəfərinin vəziyyəti ağırdır.

Fabrikdə 250 nəfərin çalışdığını vurğulayan bələdiyyə sədri qeyd edib ki, hadisənin başvermə səbəbi hələlik məlum deyil.

***

saat 13:03

Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə partlayış baş verib.  

APA-nın yerli bürosunun xəbərinə görə, yerli vaxtla saat 11:15-də Hendek rayonunda yerləşən fabrikdə ard-arda bir neçə şiddətli partlayış olub.

Ölən və yaralananlar haqda hələlik məlumat yoxdur. 

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4297
avatar

Oxşar yazılar