Türkiyə Xarici İşlər naziri ilə NATO Baş katibi arasında telefon danışığı olub
02 mart 2020 22:23 (UTC +04:00)

Türkiyə Xarici İşlər naziri ilə NATO Baş katibi arasında telefon danışığı olub

 

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun NATO Baş katibi Yens Stoltenberqlə telefon danışığı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Stoltenberq İdlib məsələsində Türkiyə ilə həmrəy olduğunu və dəstək verdiyini bir daha vurğulayıb. 

Qeyd edək ki, gün ərzində  Mövlud Çavuşoğlunun Finlandiya, İspaniya, Küveyt, Qatar və Somali xarici işlər nazirlərilə telefon söhbəti olub. Nazirlər İdlib və miqrantlar mövzusunda müzakirələr aparıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1286
avatar

Oxşar yazılar