Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində daha bir şəhid verib. Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, qarşı tərəfin top atəşi nəticəsində Türkiyənin bir hərbçisi şəhid olub, ikisi yaralanıb.
Bildirilir ki, düşmənin atəş nöqtələri dəqiq cavab zərbələri ilə susdurulub.