Stoltenberq: "Əsəd qüvvələrini aviahücumları dayandırmağa, beynəlxalq hüquqa hörmət etməyə çağırırıq"
29 fevral 2020 01:42 (UTC +04:00)

Stoltenberq: "Əsəd qüvvələrini aviahücumları dayandırmağa, beynəlxalq hüquqa hörmət etməyə çağırırıq"

 

Müttəfiqlər Suriyada Bəşər Əsəd rejimi və onu dəstəkləyən Rusiya tərəfindən İdlib əyalətində davam edən hava hücumlarını pisləyir. Onları aviahücumları dayandırmağa, beynəlxalq hüquqa hörmət etməyə, BMT-nin sülh yolu ilə həll səylərini dəstəkləməyə çağırırıq”.

APA “Reuters”ə istinadən xəbər verir ki, belə bir bəyanatla Türkiyənin tələbi əsasında bu gün baş tutan NATO məsləhətləşmələrindən sonra təşkilatın Baş katibi Yens Stoltenberq çıxış edib.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Suriyadakı vəziyyəti müzakitə etdiyini bildirən Baş katib bugünkü görüşün Türkiyə ilə həmrəyliyin əlaməti olduğunu qeyd edib.

“Müttəfiqlər dünən gecə İdlib yaxınlığında bombardman nəticəsində türk əsgərlərinin həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verir. NATO Türkiyəyə Suriyadan raket hücumu təhlükəsinə qarşı hava müdafiəsininin gücləndirilməsi də daxil olmaqla bir sıra tədbirlərlə dəstəyini davam etdirir”, - bəyanatda belə deyilir.

Bəyanatda, həmçinin 2018-ci il atəşkəsinə dərhal geri dönmək tələb edilir və NATO-nun regionda baş verənləri izləməyə davam edəcəyi qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922
avatar

Oxşar yazılar