Rusiyada koronavirusdan 124 nəfər də öldü
13 avqust 2020 18:40 (UTC +04:00)

Rusiyada koronavirusdan 124 nəfər də öldü

Rusiyada son sutka ərzində daha 5 057 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 907 758 nəfərə çatıb.

Son sutka ərzində 124 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 15 384 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1975
avatar

Oxşar yazılar