Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin son açıqlaması ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Lent.az-ın Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Patriarx təklif edib ki, ölkə konstitusiyasına Allahın da adı salınmalıdır.
Möminləri dua etməyə çağıran Krill deyib ki, bir halda ki, Dövlət Himnimizdə Allahın adı çəkilirsə, “Allahın qorunan doğma yurdu” ifadəsi işlənilirsə, bu, Əsas Qanunumuzda niyə əks edilməsin.
Rusiya vətəndaşlarının əksəriyyətinin Allaha inandığını diqqətə çatdıran Rusiya Patriarxı əlavə edib ki, inanac imanı, əxlaqı formalaşdırır və buna görə də onun fikrincə, Tanrı barədə müvafiq müddəalar Konstitusiyada öz əksini tapmalıdır.