Koronavirusa görə ölənlərin sayının gündən-günə artdığı İtaliyada Roa Papası bugünkü proqramını təxirə salıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, katoliklərin ruhani liderinin burnunu silərkən çəkilən fotoları olaya səbəb olub.
İtaliyanı çalxalayan koronavirus virusuna görə Vatikandan da xəbərlər gəlir. Papa Françesko bir qədər rahatsızlıq səbəbindən din adamları ilə görüşünü buraxacaq.
83 yaşındakı Papa St. Peter meydanında dünən insanları salamlayıb və onlarla təmasda da olub. Vatikandan Papanın xəstəliyi ilə bağlı hələ ki bir açıqlama verilməyib.