Qırğızıstanda təkrar parlament seçkilərinin vaxtı açıqlanıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Təkrar parlament seçkiləri dekabrın 20-nə təyin olunub.
MSK-dan bildirilib ki, bu qərar əvvəlki səsvermənin nəticələrinin etibarsız sayılması ilə əlaqədardır. İlkin məlumata görə, seçkinin keçirilməsi üçün büdcədən 450 milyon som (təqribən 5,55 milyon dollar) ayrılacaq.
Xatırladaq ki, oktyabrın 4-də Qırğızıstan parlamentinə seçkilər keçirilib. 16 siyasi partiyanın qatıldığı seçkidə yalnız dörd partiya 7%-lik baryeri keçib. Daha sonra məğlub olan partiyaların tərəfdarları paytaxtda mitinqlər təşkil ediblər, nəticədə Baş Nazir Kubatbek Boronov və Prezident Sooronbay Jeenbekov istefa veriblər.