Pompeo Türkiyəyə qarşı hücumları pislədi: “Türkiyənin yanındayıq”
05 fevral 2020 06:47 (UTC +04:00)

Pompeo Türkiyəyə qarşı hücumları pislədi: “Türkiyənin yanındayıq”

 

“Bu vəhşi hücumlara son qoyulmalıdır. NATO müttəfiqimiz Türkiyənin yanındayıq və özünümüdafiə addımlarını dəstəkləyirik”.

APA-nın yerli bürosunun Türkiyənin “Hürriyet” qəzetinə istinadla verdiyi xəbərə görə, ABŞ-ın Dövlət katibi Mayk Pompeonun Suriyanın İdlib bölgəsində türkiyəli hərbçilərə edilən silahlı hücumla bağlı yayılan yazılı açıqlamasında belə deyilir. Pompeo buna görə Əsəd rejimi, Rusiya, İran və "Hizbullah"ı qınayıb.

Bu ölkələrin və "Hizbullah"ın Suriyada atəşkəsin pozulmasında rolu olduğunu qeyd edən Mayk Pompeo bildirib ki, Suriyada BMT-nin Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun olaraq, sabitliyin təmin olunmasına ehtiyac var. Bu qərarın şərtləri pozulduğu halda beynəlxalq aləmə mənfi təsir göstərməməsi üçün ABŞ-ın müdaxiləsinin mümkünlüyünü də istisna etməyib.

Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki mövqeləri Bəşər Əsəd rejimi tərəfindən top atəşlərinə məruz qalıb və Türkiyə tərəfdən 8 hərbçi şəhid olub, 5 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1698
avatar

Oxşar yazılar