Polşada kiçik mühərrikli idman təyyarəsi qəzaya uğrayıb.
APA terazkrosno.pl portalına istinadən xəbər verir ki, Polşanın Krosno şəhərində idman təyyarəsi qəzaya uğrayıb.
İlkin məlumata görə, ölən yoxdur. Sadəcə, parklama vəziyyətində olan minik maşını əzilib.
Təyyarədə yalnız pilot olub. Sayt bildirir ki, 69 yaşlı pilot sərbəst şəkildə təyyarəni tərk edib.
Qəza ilə bağlı araşdırma aparılır.