Almaniyanın bir neçə şəhərində küçə iğtişaşları qızışan günlərdə Berlində Bundestaqın (parlament) binasını yandırmağa cəhd ediblər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu, iyunun 28-dən 29-na keçən gecə olub.
Almaniya KİV-nin yaydığı məlumata görə, gecə saat 0?30-da naməlum şəxslər Bundestaqın şərq hissəsindəki pəncərənin altına yandırıcı maye tökərək od vurublar. Yanğın yarım saat müddətində söndürtülüb.
Hadisə yerinə yanğınsöndürənlərlə yanaşı, polislər də gəlib. Bu gün yaxınlıqdakı video müşahidə kameraları yoxlanılır. Araşdırma ilə federal polis məşğul olur.
Qeyd edək ki, etirazlar koronavirusa görə tətbiq edilən karantin rejimi ilə bağlıdır.
İnsanlar biznesdəki məhdudiyyətlərdən qəzəbləniblər ki, bu da işçilərin kütləvi ixtisarına və nəticədə əhalinin gəlir səviyyəsinin aşağı düşməsinə səbəb olub.