Pakistanın Pişəvər əyalətində mədrəsədə partlayış törədilib, nəticəsində ən azı 8 nəfər ölüb, 125-dən çox adam yaralanıb.
APA-nın "tribune.com.pk" saytına istinadən verdiyi xəbərə görə, polis partlayış zamanı mədrəsədə təxminən 40-50 uşağın olduğunu açıqlayıb.
Bildirilib ki, mədrəsədə təxminən 1 100 nəfər təhsil alır. Partlayış baş verərkən mədrəsədə 22-28 yaş arasındakı şəxslər olub.
Terror aktı zamanı 5 kiloqram partlayıcı maddədən istifadə olunub.