Öcalanın saxlanıldığı həbsxananın yerləşdiyi adada meşə yanır
27 fevral 2020 12:39 (UTC +04:00)

Öcalanın saxlanıldığı həbsxananın yerləşdiyi adada meşə yanır

PKK terror təşkilatının lideri Abdullah Öcalanın qaldığı həbsxananın yerləşdiyi İmralı adasında meşə yanğını başlayıb.

APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, Daxili İşlər naziri Süleyman Soylu bildirib ki, meşə yanğını həbsxanadan aralıda qeydə alınıb, yanğın böyük ərazini əhatə etmir.

Onun sözlərinə görə, yanğının qısa müddət ərzində söndürülməsi istiqamətində iş aparılır.

Xatırladaq ki, 1999-cu ildə həbs edilən PKK terror təşkilatının lideri Abdullah Öcalan 21 ildir İmralı adasında yerləşən həbsxana saxlanılır. O, ömürlük azadlıqdan məhrum edilib. Həbsxanada PKK lideri ilə bərabər, 8 məhkum da var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1873
avatar

Oxşar yazılar