İdlibdə 33 türk hərbçinin ölümündən sonra NATO ilə münasibətlər və baş verən hücuma ittifaqın hansı reaksiya verəcəyi müzakirə edilir.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, 4-cü maddəyə əsasən, iclası çağrılsa da, əsas müzakirə mövzsunun 5-ci maddə olacağı bildirilir. NATO-nun 5-ci maddəsi müharibə dövründə ittifaqa üzv olan ölkəyə digər müttəfiq ölkələrin dəstək verməsini tələb edir. Başqa sözlə desək, bir NATO ölkəsinin müharibəyə başlaması, alyansın digər ölkələrinin də müharibəyə qatılması deməkdir.
Ancaq bəziləri türk əsgərlərinə qarşı hücumun İdlibdə gerçəkləşməsinə görə, bu maddənin işə yaramayacağı barədə fikirlər səsləndirirlər. NATO-nun 6-cı maddəsinə görə, hücumlar ittifaq ölkələrinin Şimali Amerika və Avropakı torpaqlarına, həmçinin Fransanın Əlcəzair bölgəsinə, Türkiyə torpaqlarına, ittifaq ölkələrindən birinin suverenliyi altında olan ərazilərə, o cümlədən, bu ölkələrin hava məkanına, atəşkəs zamanı isə ittifaq ölkələrinin hərbi qüvvələrinə edilərsə, o zaman NATO müvafiq tədbirlər görə bilər.