Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev sağalıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə sabiq Prezidentin mətbuat katibi Aydos Ukibay bildirib.
O qeyd edib ki, bununla belə, N. Nazarbayev hələ də özünü təcrid edir və distant rejimdə fəaliyyət göstərir.
Xatırladaq ki, iyunun 18-də yayılan məlumata əsasən, N. Nazarbayevin koronavirus testinin nəticəsi pozitiv olub.