Çinin Uhan şəhərində koronavirusa yoluxan yeni doğulan uşaq 17 gün ərzində dərmansız sağalıb.
Lent.az Lenta.ru-ya istinadla bildirir ki, Syu Syao adlı qız Uhandakı uşaq xəstəxanasında doğulub. Valideynlərindən biri yeni ölümcül COVİD-19 koronavirusunun ştammına yoluxub.
Uşaq doğulandan tənəffüs yolu iltihabı və kiçik ürək ağırlaşması ilə mübarizə aparıb. Onun əlamətləri ağır olmadığından həkimlər dərman verməməyi qərara alıblar.
17 günlüyündə Syu Syaonun koronavirus analizləri neqativ nəticə göstərib. Qız öz-özünə sağalıb.
Dünyada ümumilikdə yeni növ koronavirusa 80,3 minə yaxın insan yoluxub. Onların 2,7 mini ölüb, 27,8 mindən çoxu sağalıb.