İtaliyada koronavirusdan ölənlərin sayı artıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı 12-yə çatıb.
“İtaliya ərazisində ümumilikdə 374 koronavirusya yoluxma halı qeydə alınıb. Bunlardan 12-si ölüm faktıdır”, - o vurğulayıb.