İsveçdə koronavirusa ilk yoluxma halı qeydə alınıb.
APA "Reuters"ə istinadən xəbər verir ki, İsveçin Yönçöpinq bölgəsindəki Rihov Xəstəxanasında bir nəfərin koronavirusa yoluxduğu müəyyənləşib.
İsveçin səhiyyə qurumunun verdiyi məlumata görə, virusa yoluxan şəxs Çinin Uxan bölgəsinə səfər etdikdən sonra yanvarın 24-də ölkəyə qayıdan 20 yaşlı qızdır. Bildirir ki, İsveçə qayıdarkən onda koronavirusun simptomları olmayıb. Lakin bir neçə gün sonra yaranan öskürək və digər simptomlara görə o, xəstəxanaya müraciət edib.
Hazırda həmin şəxs klinikada yaradılan xüsusi təcridxanada ciddi nəzarət altında saxlanılır.