İran parlamentinin 23 deputatı koronavirusa yoluxub.
APA-nın “Hürriyyət”ə istinadən verdiyi xəbərə görə, bu barədə İran parlamentinin sədr müavini bildirib.
O qeyd edib ki, 23 deputatın koronavirusa yoluxması təsdiqlənib.
Qeyd edək ki, İranda virusdan ölənlərin sayı 66-ya çatıb. 1501 nəfər isə koronavirusa yoluxub.
Xatırladaq ki, İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar, İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi də koronavirusa yoluxublar.