Gürcüstanda koronavirusa ilk yoluxma faktı qeydə alınıb
26 fevral 2020 23:22 (UTC +04:00)

Gürcüstanda koronavirusa ilk yoluxma faktı qeydə alınıb

 

Gürcüstanda yeni növ koronavirusa yoluxma halı aşkar edilib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Yekaterina Tikaradze brifinq zamanı bildirib.

“Bir neçə dəqiqə əvvəl Luqar laboratoriyasından analizlərin cavabını əldə etdik, analizlərə əsasən, ölkədə ilk koronavirusa yoluxma halı qeydə alınıb. Virusa yoluxan şəxs Azərbaycandan keçməklə İrandan gələn Gürcüstan vətəndaşıdır”, - deyə nazir qeyd edib.

Səhiyyə nazirinin sözlərinə görə, xəstəlik aşkar edilən şəxs 50 yaşlı kişidir. O, Gürcüstan-Azərbaycan sərhədindən birbaşa xəstəxanaya yerləşdirilib və heç kimlə kontakt qurmayıb.

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Məkrəzinin direktoru Amiran Qamkrelidze bildirib ki, həmin şəxs Gürcüstana dünən qayıdıb.

"Bir saat əvvəl laboratoriya tədqiqatı başa çatdı. Dəqiq cavab almaq üçün müxtəlif reagentlərlə virusu üç dəfə analiz etdik və hər üç halda yoluxma sübut edildiHəmin şəxs dostu ilə birlikdə bir həftə öncə İrana səfər edib və dünən şəxsi işlərinə görə Gürcüstana qayıdıb. Sərhəd-keçid məntəqəsində onda bəzi simptomlar aşkar edildiyindən Mərkəzi İnfeksion Xəstəliklər Xəstəxanasına yerləşdirilib", - deyə Qamkrelidze hökumət administrasiyasındakı xüsusi brifinqdə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1632
avatar

Oxşar yazılar