Gürcüstanda koronavirusa görə məktəblərdə tətil vaxtı önə çəkilib
29 fevral 2020 14:27 (UTC +04:00)

Gürcüstanda koronavirusa görə məktəblərdə tətil vaxtı önə çəkilib

Gürcüstanda koronavirusun yayılmasına qarşı görülən profilaktik tədbirlər çərçivəsində məktəb tətilinin vaxtı dəyişdirilib.

APA-nın yerli bürosu xəbər verir ki, müvafiq qərar Baş nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Qrupu tərəfindən qəbul edilib.

Qərara əsasən martın 9-dan 16-dək planlaşdırılan tətilin vaxtı martın 2-nə çəkilib.

Qeyd edək ki, Gürcüstanda bu gün üçüncü koronavirusa yoluxma halı qeydə alınıb. Ölkədə karantinə alınan şəxslərin 170 nəfər olduğu bildirilir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1562
avatar

Oxşar yazılar