Çində bu günə qədər 361 adamın ölümünə səbəb olan koronavirus barədə qorxunc xəbərlər gəlməyə davam edir.
Lent.az Türkiyə KİV-nə istinadla bildirir ki, Çinin İstanbuldakı baş konsulu Cui Vei virusun heyvanlardan keçdiyini düşünən insanların ev heyvanlarının evlərinin pəncərəsindən atdıqlarını və ölənlərin sayının 521-ə yüksəldiyini iddia edir.
Sosial mediada yayılan görüntülər mübahisəli olsa da, insanlar 17 200 insana yoluxan virusun yayılmasının qarşısını almaq üçün hər cür yola əl atırlar.